Ailə daxili münaqişələrin övladlarınıza göstərdiyi mənfi təsirlər
Ailə daxili münaqişələrin övladlarınıza göstərdiyi mənfi təsirlər
Ailədaxili münaqişə deyərkən ilk öncə ər-arvad arasında olan xoşa gəlməz hallardan və bu neqativ halların övladınıza göstərdiyi əks təsirlərdən danışacıyıq.Bildiyimiz kimi, ər-arvad münaqişəsi cəmiyyətmizdə qaçılmaz bir hala çevrilib. Tərəflərin bir-birini başa düşməməsi, maddiyat və s. (bu haqda növbəti postlarda ətraflı məlumat veriləcək). İlk növbədə münaqişə uşağın psixi inkşafına,o cümlədən sağlamlığına mənfi təsir göstərir.
Valideynlər arasında olan aqressiya,uşağın dostları,həmyaşıdları ilə münasibətinə yansıyır.Uşaqda özünə qapanma,aqressiv reaksiyalar özünü göstərməyə başlayır. Britaniya alimlərinin araşdırmalarına əsasən, yeni doğulmuş uşaqlarda qışqırtı,dava zamanı ürək döyüntüləri kəskin şəkildə arta bilər. Bundan başqa, valideynlər arasında olan münaqişə gələcəkdə övladınızın əks cinslə yaşadığı münasibətdə neqativ təsirlərini biruzə verəcəkdir.
Ailədaxili münaqişə qaçılmazdır, bu hal övladınızın yanında baş verirsə, yaxşı olar ki, övladınızın yanında barışıb yaxud, vəziyyətin yaxşı olduğunu göstərəsiniz.