Bullinq nədir?

Bullinq nədir?



UNICEF-ə görə bullinq (ing. bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Daha aydın desək, güclülərin özündən zəifləri sıxışdırması, aqressiv davranışlar və hərəkətləri ilə müşahidə olunur. Bu aqressiv davranışlar son illərdə məktəblərdə tez-tez yayılıb.

Bullinqin növləri

  • Kiber — Statistika müasir dövrümüzdə bu növ zorakılığın daha çox artdığını göstərir. Sosial şəbəkələr və mesajlar vasitəsilə insanları alçaltmaq, qorxutmaq, hesablarının sındırılması kiber zorakılığa aid edilir.
  • Fiziki — Bu bütün cəmiyyətlərin ən ciddi problemidir. Yalnız qurbana deyil, eyni zamanda digər şagirdlərə də təsir göstərir. Fiziki bullinqə vurmaq, itələmək, qəsdən toxunmaq, tüpürmək, şagirdin əşyalarının oğurlanması və s. daxildir.
  • Şifahi — Qorxutmaq, sözlərlə alçaltmaq, adına ləkə yaxmaq şifahi bullinq sayılır.
  • Sosial — Şəxsin hansısa qrupdan kənarlaşdırılması, sinifdən təcrid edilməsi, ona qarşı qruplaşma yaratmaq bullinqin sosial növünə aiddir. 

Məktəbdə Bullinq

Məktəbdə bullinq uşaqlar və yeniyetmələr arasında ümumi problemdir və ciddi nəticələrə səbəb ola bilər. Bullinq bir və ya bir neçə tələbənin digər tələbəyə fiziki, emosional və ya şifahi şəkildə zərər vurmaq məqsədi ilə təkrar təhqiramiz davranışlarla məşğul olmasını əhatə edir.

Bullinqə məruz qalmış şəxslərin xüsusiyyətləri

Bullinqə məruz qalmış şəxslərdə, özünə qapanma, özgüvən əskikliyi və intihar halları baş verir. Azərbaycanda və digər ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda bullinq və intihar arasında əlaqənin çoxluğu ortaya çıxır. Valideynlər, müəllimlər və şagirdlər zorakılığın zərərverici olduğunu öyrənməli, intihar riski olan uşaqlara kömək etməlidirlər. Bullinqlə bağlı statistikanı qeyd etmək lazımdır ki, İl ərzində təxminən 4400 nəfər intihara cəhd edir. Məktəb şagirdlərinin 14%-dən çoxu intihar haqqında düşünür, təxminən 7%-i isə cəhd edir.
Psixoterapevt Cennifer Fridin sözlərinə görə, bullinq yalnız qəzəb və alçaldıcı hərəkət deyil. Bullinq təkrarlanmaq, qurbanını qorxu və stress vəziyyətində qoymaq  tendensiyasına malikdir. 
Bütün səbəbləri, statistikaları nəzərdən keçirdikdən sonra belə nəticə əldə etmək olar ki, bullinq uşaqları öldürür. İntihar baş verdiyi yerdən, qurbanın öldüyü yerə qədər hər məkanda dəyişikliyə, maariflənməyə, tərbiyəyə və düzgün yanaşmaya ehtiyac var. Buna görə də, uşaqlarımızı qınamaq əvəzinə onlara qucaq açmalıyıq. Evdə valideynlər, məktəbdə isə müəllimlər uşaqlarla məşğul olmalıdır.

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.