Aid olma, Fərd ol. Etnosentrizm (Yunanca ethnos tayfa, qrup, xalq; lat. centrum mərkəz, cəmləşmə) — insanın onu əhatə edən gerçəkliyi, özünün də aid olduğu və etalon kimi götürdüyü etnik birliyin mövqeyindən qiymətləndirməsi və qavraması meylidir.
Etnosentrizm fərdin və ya qrupun ətraf mühitdə baş verən sosial hadisələri aid olduğu qrupunnorma və dəyərləri əsasında qavraması, qiymətləndirməsi və münasibət bəsləməsindən ibarət olan hadisədir. Bu zaman fərd aid olduğu mədəniyyətin dəyər və normalarını ideal və daha düzgün hesab edir, ona uyğun gəlməyənləri isə gerilik, elmdən, mədəniyyətdən uzaq olan, vəhşilik kimi qiymətləndirir. Əksər hallarda bu termin neqativ məna kəsb edir və bir insanın təsirinə məruz qaldığı sosial mühitin diktəsinə uyğun olaraq başqa bir insanı başa düşməmək kimi izah olunur.