7 növ intellekt aşağıdakılardan ibarətdir:
1-Məntiqi-riyazi intellekt meyarları kəşfetmə,müqayisə analizi və məntiqi təfəkkür bacarıqları ehtiva edir. Bu növ intellektə malik olanlar müxtəlif məlumatları bir-birilə əlaqələndirmək üçün məntiq və ədəd meyarlarına əsaslanırlar. Riyazi əməliyyatı məntiqə əsaslanaraq sürətlə yerinə yetirirlər. Ətrafda baş verənlərlə maraqlanır və onları sınamaq istəyirlər.
2-Dil-nitq intellekti yazılı və şifahi dilə son dərəcə həssas və sözlərdən bacarıqla istifadə edənlǝrǝ şamildir. Belə intellekt sahibi olan adamlar yazmaqda, oxumaqda, hekayə danışmaqda, nitq söyləməkdə, öz fikrini ifadə etməkdə çox bacarıqlı olurlar.
3-Vizual intellekt insanda məsələyə müdaxilə edib zehni təsvir yaratmaq yolu ilə həlletmə və, eləcə də görüşü düşüncəyə çevirmə bacarığı yaradır. Belə adamlar öyrənmək üçün xəritədən, göstəricilərdən, təsvirlərdən və filmlərdən istifadə edirlər.
4-Musiqi intellekti musiqiləri bir-birindən seçmək, müəyyən mahnılar bəstələmək və musiqidən zövq almaq kimi bacarıqları ehtiva edir. Belə adamlar səslərə, havalara və musiqi meyarlarına əsaslanaraq düşünürlər. Eşitdikləri musiqilərə (istər sevdikləri musiqi olsun, istər sevmədikləri) dərhal reaksiya verirlər.
5-Fiziki hərəkət intellekti bədən hərəkətlərini nəzarətə almaq bacarığı, əşya və alətlərdən məharətlə istifadə etmək bacarığı, məsələləri həll etmək üçün bədən üzvlərindən qismən, ya tam istifadə etmək bacarığı, məlumatları analiz edib ötürmək üçün ixtiyarında olan fəza həcmindən düzgün istifadə etmə bacarığı, göz-əl arasında uyğunluq və digər fiziki-psixi bacarıqları təmin edir.
6-Şəxsiyyətlərarası (interpersonal) intellekt başqalarının məqsəd maraq və duyğularını bilmək və onlarla əlaqə yaratmağını təmin edir. Belə adamlar təşkilatçılıq və başqalarına nüfuz etmək bacarığına malik olurlar. Kollektiv üzvləri arasında sülh və əməkdaşlıq yaradırlar.
7-Şəxsiyyətdaxili (intrapersonal) zəka özünü dərketmə qabiliyyətini, duyğularını, qorxularını və maraqlarını dərk etmə bacarıqlarını təmin edir. Belə adamlar öz daxili hissiyyatlarını, röyalarını, başqaları ilə əlaqələrini, öz gülü və çatışmayan cəhətlərini öyrənməyə çalışırlar. Bu zəkaya sahib olanların yaşayışları plan əsasında olur. Qardner 1999-cu ildə iki növ intellektin, naturalist və eqzistensialist zəkaların olduğunu irəli sürdü.