01.05.2024 tarixində Orvita Psixoloji Reabilitasiya Mərkəzinin baş sponsorluğu ilə 1-ci hissəsi sərgi, 2-ci hissəsi konsert proqramı olan “Uğurun Zirvəsi 2” tədbiri keçirilib.
Qeyd edək ki, konsertin rəsmi hissəsində Milli Məclisin deputatı, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti Jalə Əhmədova, Milli Məclisin deputatı, i.ü.f.d. Məzahir Əfəndiyev və “Uğurun Zirvəsi 2” tədbirinin təşkilatçısı İbrahim Məmmədov çıxış edib. Bədii hissədə isə əməkdar artist Nuriyə Hüseynova və İnklüziv cəmiyyətin gəncləri ifa ediblər.
Lahiyənin əsas məqsədi İnklüziv cəmiyyəti formalaşdırmaq, eyni zamanda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında müəyyən rol oynamaq, əlilliyi olan və olmayan şəxslərin birgə işini sərgiləməkdir.
Tədbir Ulu Öndər Heydər Əliyevin 101 illiyi, Yaşıl Dünya naminə həmrəylik ili və İnklüziv cəmiyyətin formalaşmasına həsr edilib.