Uşaqlara ölüm xəbəri necə deyilməli?

Uşaqlara ölüm xəbəri necə deyilməli?


Uşağa ölüm anlayışı izah edilərkən onun zəka səviyyəsi nəzərə alınmalıdır
Uşaqlar 3-4 yaşlarında ölümü harasa getmək, səyahət etmək kimi başa düşürlər və gedənin nə vaxtsa geri qayıdacağına inanırlar. 5 yaşından sonra isə uşaq artıq ölümün geri dönüşü olmayan bir yer olduğunu anlayır və yaxınlarını itirəcəyi qorxusu ilə qarşı-qarşıya qalır.
Uşağın hər hansı bir yaxınını torpağın altında təsəvvür eləməsi onun üçün çox böyük bir travmadır
Uşağa ölümü dolayı yolla anlatmağa çalışmamalı, mümkün qədər inandırıcı açıqlamalar verilməli, ölümün insan həyatının sonu olduğu, ölən şəxsin artıq gəlməyəcəyi sadə dillə izah edilməlidir. Ölən şəxsin artıq heç vaxt bizimlə olmayacağı, nəfəs almayacağı, yemək yeməyəcəyi, dəqiq dillə bədəni funksiyalarını itirdiyi, yaşına uyğun bir dillə anladılmalıdır Bilməliyik ki, uşaqlar kiçik yaşlarında mücərrəd olmayan məfhumları anlamaqda çətinlik çəkir, ona görə də ölümü onlara izah edərkən mücərrəd kəlmələrlə izah etmək lazımdır. Uşaqların bir insanın ölməsinin nə mənaya gəldiyini anlaması gərəkir. “Babam öldü”, yəni artıq o yemək yeyə bilməz, görməz, hərəkət edə bilməz, gülməz və s.  İlk başda bunu anlamaqda çətinlik çəksələr də, belə ifadə tərzi ölüm həqiqətini anlamalarına kömək edəcəkdir. Üstü örtülü -“yatır, səyahətə çıxdı, xəstədir, mələk apardı” – kimi ifadələrdənsə öldü demək uşaq üçün daha məntiqlidir
Nəticə etibarı ilə deyə bilərik ki, ölüm insan həyatının dəyişməyən qədəridir. Gec-tez bu dünyaya gələn əlbət bir gün buranı tərk edib gedəcəkdir. Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Onun vermiş olduğu suallara şübhə oyandırmayacaq şəkildə, qısa, dəqiq cavab vermək lazımdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir. Uyğun bir dillə və vaxt keçirmədən bu xəbər ona verilməlidir. Böyüklər alışdığı kimi, kiçiklər də müəyyən müddətdən sonra vəfat edənin yoxluğuna alışır

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.